banner
banner

Dünya

ABŞ-da 40 hərbçi təlim zamanı qaçıb

ABŞ-da 40 hərbçi təlim zamanı qaçıb
"ABŞ-da 40-dan çox əfqan hərbçisi təlim zamanı qaçıb". 
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk keçirdiyi brifinqdə məlumat verib. 
 
"Son iki ildə və ya ona yaxın müddətdə onların sayı 40 nəfərdən çox idi", - deyə Kuk bildirib. 
 
Onun sözlərinə görə, Pentaqon həmin şəxslərin 32 nəfərinin harda olmasından məlumatsızdır. 
 
"Biz bütün səylərimizi bu insanların hara getdiklərini müəyyən etməyə, habelə bunun səbəblərini aydınlaşdırmağa yönəltmişik. Onlar bəzi hallarda evə yola düşdülər. Bəzilərində Kanadaya yollanmağa səy göstərirdi. Bəziləri qanuni əsaslarda ABŞ-da qalmağa çalışırdılar", - deyə Pentaqon rəsmisi əlavə edib. 
 
Pentaqonun nümayəndəsi hesab edir ki, indi təlimlərdən qaçanların sayı azalıb. Onun sözlərinə görə, əvvəllər qaçan əfqan hərbçilərinin ümumi miqdarı 2 min nəfərdən çox idi. Kuk həmçinin vurğulayıb ki, Pentaqon qaçmış hərbçiləri təhlükəsizlik üçün təhlükə hesab etmir. 
 
"Bu insanlar xüsusi olaraq seçilib", - deyə Kuk əlavə edib
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.