banner
banner

Gündəm

''Gündəm Xəbər'' qəzetinin rəhbəri həbs olundu

''Gündəm Xəbər'' qəzetinin rəhbəri həbs olundu
“Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub.
 
Missiya.Az saytının yaydığı məlumata görə, bu gün səhər saatlarında Ş.Çəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış  keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar. 
 
Missiya.Az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək məqsədilə Ş.Çəfərinin xanımı ilə əlaqə saxlayıb. O, faktı təsdiq etsə də yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: “Bizə heç nə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.