Aktrisa Ceniffer Lourens internetdə yayılan intim fotoları haqda danışıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Vanity Fair” jurnalının oktyabr nömrəsinin qonağı olan aktrisa fotolarının yayılmasından qorxuya düşdüyünü deyib:
“Mən çox qorxmuşdum. Təəccüblənmişdim ki, gör biz necə dünyada yaşayırıq. Nə olsun mən məşhur adamam? Bu o demək deyil ki, siz mənim icazəm olmadan çılpaq fotolarıma baxa bilərsiniz”. C.Lourens fotoların birinci hissəsi yayıldıqdan sonra mətbuat üçün bəyanat yazmaq haqda düşündüyünü, lakin hər dəfə yazmağa oturanda göz yaşlarını saxlaya bilmədiyini deyib:
“Mənə deyirdilər ki, üzr istəməliyəm. Axı niyə mən üzr istəməliydim? O fotoları uzunmüddətli münasibətdə olduğum sevgilim çəkmişdi”. Qeyd edək ki, avqust ayında bir çox dünya ulduzlarının “iCloud” hesabları xakerlərin əlinə keçmiş və onların intim fotoları internetdə yayılmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.