Qan azlığı bir xəstəlik deyildir, xəstəliyin nişanəsidir. Adətən dəmir azlığı o zaman baş verir ki, insan onu lazım olan qidalardan əldə edə bilmir.
Qan azlığına qarşı yardım edən bitkilərin tərkibində adətən dəmir zəngin olur. Onlarla tanış olaq:
1. Gicitkən. Bu bikti dəmirlə zəngin olan bitkidir. Əgər qidalarda olan dəmirin yaxşı cəzb olunmasını istəyirsinizsə, onu C vitamini ilə bir yerdə qəbul edin. Gicitkən elə bir bitkidir ki, tərkibində həm dəmir vardır, həm də C vitamini. Gicitkəni həm təzə şəkildə yeməklərdə istifadə edə bilərsiniz, həm də quru şəkildə çay kimi dəmləyə bilərsiniz.
2. Xurma. Xurma elə meyvələrdəndir ki, təkbaşına sizə gündəlik enerjini verə bilir. Xurmanın lifləri yağların azaldılmasına yardım edə bilir. Xurmanın tərkibində dəmir vardır ki, qan azlığına qarşı müsbət təsir göstərər. Xurmanın faydaları çoxdur və o cümlədən: yuxunun rahat olmasına yardım edər, eşitmə və görmə qabilyyətini gücləndirər, mikrob və göbəliə əleyhinədir və immun sistemini gücləndirər. Ana südünü artırar və hamiləliyin rahat keçməsinə səbəb olar. Yeməyi həzm edər, mədəni gücləndirər. Susuzluğu aradan qaldırar və sinədəki bəlğəmi təmizləyər.
3. Püstə. Püstə də o bitkilərdəndir ki, qan azlığını aradan qaldıra bilir və dəmirlə zəngindir. Mütəxəssislər müəyyən etmişdirlər ki, püstənin tərkibində olan yağ turşuları xolesterinin aşağı düşməsinə yardım edir və ona görə də ürək üçün faydalıdır. Bu alimlərin nəzərinə görə, əgər insan hər gün 43 qr püstə yeyərsə, sözügedən təsirə malik olar.
4. Qara zirə. Zirənin ən çox faydalarını mədə və bağırsaq spazmaları zamanı görmək olar. Bu bitki mədəni təhrik edər ki, qidanı tez həzm etsin, həm də sidikqovucudur. Bu bitki həm də qan azlığına müsbət təsir göstərir. Bu bitkidən çörək məhsullarının ətirləndirilməsində istifadə edilər. Xüsusilə də qara çörəklərin. Bu bitkidən pendirlərdə və şirniyyatda da istifadə olunur. Həmçinin sabunların ətirləndirilməsində də ondan istifadə edirlər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.