banner
banner

Dünya

ABŞ-da ehtiyatların azalmasına baxmayaraq neft ucuzlaşıb

ABŞ-da ehtiyatların azalmasına baxmayaraq neft ucuzlaşıb
Dünya bazarında neft ucuzlaşıb.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,63 dollar azalaraq 49,81 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 51,93 dollar olub.
 
Maraqlıdır ki, ABŞ-ın Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarının azalması ilə bağlı məlumatı da neftin ucuzlaşmasının qarşısını ala bilməyib. Belə ki, sentyabrın 30-na olan məlumata görə, ABŞ-da neft ehtiyatları gözlənilmədən 3 mln. barel və ya 0,6% azalaraq 499,7 mln. barelə düşüb. Halbuki, analitiklər 2,56 mln. barel həcmində artım proqnozlaşdırmışdı. Bununla da, artıq 5-ci  həftədir ki, ABŞ-da neft ehtiyatları azalır. Qeyd edək ki, həftə ərzində bu ölkədə gündəlik neft istehsalı 0,35% və ya 30 min barel azalaraq 8,467 mln. barel təşkil edib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.