banner
banner

Dünya

Türk diplomatlar Almaniyadan sığınacaq istədi

Türk diplomatlar Almaniyadan sığınacaq istədi
Türkiyəli diplomatlar Almaniyaya sığınıb. 

Musavat.com xəbər verir ki, bu barədə Almaniya mətbuatı yerli DİN-ə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, Türkiyənin Almaniyadakı 8 diplomatının FETÖ təşkilatı ilə əlaqəsi səbəbindən diplomatik pasportları ləğv edilib. Həmçinin onların berlindəki səfirlikdə missiyalarının başa çatmasına baxmayaraq ölkələrinə dönmədikləri bildirilib.

Pasportları ləğv edilən diplomatların 3-ü Almaniyadan sığınacaq istəyib. 
 
Mühacirət edən diplomatlar arasında hərbi attaşe qərərgahının polkovniki Ayhan Dağlının da olduğu iddia edilib. Xəbərdə miqrasiya xidmətinin mühacirət üçün müraciətə hələ ki cavab vermədiyi qeyd olunub. Almaniyadan sığınacaq istəyən türk diplomatların sayının artacağı da istisna edilmir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.