Putlend yarım-muxtar regionunda Somali təhlükəsizlik xidmətləri həftə ərzində Əş-Şabab terror qruplaşmasına aid 54-terrorçunu məhv edib, 46 nəfəri isə yaralayıb. ANS PRESS-in məlumatına görə, Puntlend rəhbəri Abdivali Muhəmməd Əli xəbər verib ki, insident zamanı ordu tərəfdən 5 əsgər ölüb, 4 nəfər isə yaralanıb.
“Təhlükəsizlik qüvvələrimiz Əş-Şəbab terror qruplaşmasının Qalqala dağlarında qalan üzvlərinə qarşı ardıcıl əməliyyatlar keçiriblər”- deyə o bildirib. Bundan əlavə qruplaşmanın bölgə komandirləri Çuxtar Abdinur Əhməd və Əhməd Abdi Muhamməd əsir götürülüb.
Qeyd edək ki, son günlərdə Əş-Şəbab bir neçə başçısını itirib. Yeni il ərəfəsində Amerika pilotsuzunun zərbələri nəticəsində qruplaşmanın kəşfiyyat rəhbəri də olmaqla 3 komandir məhv edilib. Eləcə də 2014-cü ilin dekabrında Kemiya sərhəddində ABŞ-ın başına 3 milyon dollar qoyduğu Zəkəriyyə İsmail Əhməd Hersi Somali təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Əş-Şəbaba ən sarsıdıcı zərbə isə 2014-cü ilin sentyabrında baş verib. Bu zaman qruplaşmada “1 nömrəli insan” olan Əhməd Qodane amerika aviazərbələri nəticəsində məhv edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.