banner
banner

Dünya

Haitidə 3 günlük matəm elan edilib

Haitidə 3 günlük matəm elan edilib
Haitidə “Mettyu” qasırğası nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar 3 günlük matəm elan edilib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün  Haiti prezidenti Joselerm Priver müvafiq fərman imzalayıb.
 
Matəmlə əlaqədar dövlət bayrağı yarıya qədər endiriləcək, gecə klubları və əyləncə mərkəzləri bağlı olacaq. Radio və telekanallara proqramlarına dəyişiklik etmək və matəmə uyğun musiqilər efirə vermək tövsiyə edilib.
 
Qasırğa qurbanların sayı isə hələ dəqiq müəyyənləşdirilməyib. Son məlumata görə, ölənlərin sayı 900 nəfərə çatır. Təbii fəlakətlə əlaqədar bu günə təyin edilmiş prezident və parlament seçkilərinin təxirə salınıb. Haitinin Müvəqqəti Seçki Şurası səsvermə gününün dəqiq tarixini oktyabrın 12-də açıqlayacağını bəyan edib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.