Rusiya Federasiyasının Ukraynada tətbiq etdiyi zorakılıq ucbatından Ağ ev rəsmən bu ölkə ilə əlaqələri mürəkkəb olaraq qiymətləndirir.
ANS PRESS-in məlumatına görə, bu barədə çərşənbə axşamı bridinqdə ABŞ president Administrasiyasının nümayəndəsi Co Ernest bildirib.
“ABŞ-ın və Rusiyanın əlaqələri mürəkkəbdir. Onların Ukraynada fəaliyyətləri ilə əlaqədar bizim rusiyalılarla ciddi fikir ayrılığımız mövcuddur”- deyə Ağ ev nümayəndəsi bildirib.
O xatırladıb ki, ABŞ müttəfiqləri ilə birgə RF-yə qarşı sanksiyalar həyata keçirib və bu Rusiyanın üzərinə götürdüyü vəzifələri yerinə yetirməyə məcbur etməlidir.
Ernest “Rusiya üzərinə götürdüyü vəzifələri yerinə yetirməkdən nə qədər çox imtina etsə, bu bir o qədər yeni sanksiyaların həyata keçirilməsinə imkan yaradır”- deyərək Moskvanı Ukraynanın şərqində olan yaraqlıların silahlandırmasını dayandırmağa çağırıb.
Buna baxmayaraq o təhlükəsizlik məsələləri və bir çox digərləri ilə əlaqədar Vaşinqtonla Moskva arasında eyni baxışın olduğunu etiraf etdi. Ernest bunların arasında Beynəlxalq Kosmik stansiyası layihəsində birgə iştrakı, Suriyada kimyəvi silahların məhv edilməsi və İranın nüvə proqramı məsələlərini misal çəkdi.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Rusiyanı Ukrayna Hərbi Hava Qüvvələri pilotu Nadejda Savçenko və eləcədə Rusiya türmələrində saxlanılan digər qanunsuz şəkildə saxlanılan Ukrayna vətəndaşlarını azadlığa buraxmağa çağırıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.