banner
banner

Dünya

Rusiya ABŞ-la dialoqdan imtina etmir - Rəsmi

Rusiya ABŞ-la dialoqdan imtina etmir - Rəsmi
Rusiya Suriya böhranı ilə əlaqədar ABŞ-la dialoqdan imtina etmir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov bəyan edib.
 
"Rusiya bundan sonrada ardıcıl olaraq Suriyada terrorla mübarizə aparacaq və vəziyyətin gərginləşməməsi üçün çalışacaq. Biz ABŞ-la dialoqdan imtina etmirik, lakin dialoqu yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında aparmağa hazırıq.  Münasibətlərimiz BMT-də, qurumun Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlar çərçivəsində davam edəcək", deyə Antonov bildirib.
 
Xatırladaq ki, oktyabrın 3-də rəsmi Vaşinqton Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.