banner
banner

Gündəm

Sarkisyanın parlamentdəki daimi nümayəndəsi istefa verdi

Sarkisyanın parlamentdəki daimi nümayəndəsi istefa verdi

Ermənistan prezidentinin parlamentdəki daimi nümayəndəsi, Ermənistan Prezident Aparatı rəhbərinin müavini Viktor Dallakyan istefa verib.

APA-nın verdiyi məlumata görə, V. Dallakyan hakim Respublika Partiyasından da çıxdığını və aktiv siyasətə qayıtdığın bildirib.

V. Dallakyan 2017-ci ildə keçiriləcək parlament seçkilərində aktiv iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Xarici ölkələrin Ermənistandakı səfirlərinə müraciət edən V. Dallakyan bugünkü çıxışından sonra onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, buna görə Ermənistan prezidenti Serj Sərkisyanın məsuliyyət daşıyacağını vurğulayıb.

Qeyd edək ki, Ermənistan mətbuatı bundan sonra V. Dallakyanın “Sınıq” (Şrdzadardz) adlı partiya yaradacağını, həmin partiyaya sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik edəcəyinin gözlənildiyini yazıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.