Ermənilərin əsgər ölümü ilə bağlı yaydığı məlumat yalandır- MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Müdafiə Nazirliyinin mətbuat xidməti işğal olunmuş Azərbaycan ərazilərində erməni əsgərin ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Cia.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün erməni saytlarında guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni əsgərinin həlak olması barədə yayılan xəbərlər uydurmadır və həqiqəti əks etdirmir.
"Tərəfimizdən əldə edilən məlumata əsasən aşkar edilib ki, müqaviləli hərbi qulluqçu, 1989-cu il təvəllüdlü Sanasar Qriqoryan xidmət etdiyi hərbi hissədə zabit tərəfindən təzyiqlərə məruz qalıb. Erməni zabit əsgərdən rüşvət tələb etdikdə, S. Qriqoryan bu özbaşınalığa etiraz edib. Nəticədə onların arasında münaqişə baş verib. Münaqişə zəminində zabit atəş açaraq tabeliyində olan əsgəri qətlə yetirib. Ermənilər hadisəni ört-basdır etmək məqsədilə bunu Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərirlər.
Bir daha bildiririk ki, erməni əsgər düşmən ordusundakı özbaşınalıq, nizamnamədən kənar münasibətlər səbəbindən öldürülüb, zabitlərin rüşvətxorluğunun qurbanı olub. Bizdə faktla bağlı sübutlar mövcuddur”, – deyə Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, bu gün erməni saytlarında işğal altında olan Azərbaycan ərazilərində Azərbaycan Ordusunun açdığı atəş nəticəsində erməni əsgərinin ölməsi ilə bağlı xəbərlər yayılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.