banner
banner

Hərbİ

Azərbaycan üçün hərbi təlim təzyiqi

Azərbaycan üçün hərbi təlim təzyiqi

2015-ci ildə Rusiyanın Xəzər flotiliyasının dənizçiləri Azərbaycan və Qazaxıstanın iştirakı ilə ilk dəfə Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin (HDQ) üçtərəfli beynəlxalq hərbi-dəniz təlimlərində iştirak edəcək.

Bunu Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəisi polkovnik Iqor Qorbul bildirib. Bu barədə “Trend”in yaydığı məlumata görə, döyüş tapşırıqlarından başqa, gəmilərin ekipajı yaşamaq uğrunda mübarizə üzrə axtarış-xilasetmə və fəlakətə uğrayan dəniz gəmisinə yardımla bağlı təlim keçəcək.

Xatırladaq ki, 2014-cü ilin sentyabr ayında Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan sammitində Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunan razılığa, o cümlədən 2014-cü ilin oktyabr ayında Bakıda iki ölkənin müdafiə nazirlərinin imzaladıqları Əməkdaşlıq Planına əsasən, Azərbaycan Hərbi-Dəniz Qüvvələri gəmilərinin bu il Xəzər dənizində təlimlərdə iştirakı təsdiqlənib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hərbi-dəniz təlimlərində axtarış, xilasetmə, qaçaqmalçılıq halları ilə mübarizə fəaliyyətlərinin icrası və digər humanitar məsələlər üzrə tapşırıqların yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, Xəzəryanı dövlətlərin HDQ-lərinin ilk üçtərəfli birgə təlimi 2015-ci ilin iyun-iyul aylarında Xəzər dənizinin mərkəzi hissəsində keçiriləcək. Təlimlərdə Rusiyanı “Mahaçqala”, “Sviyajsk Qrad”, “Uqliç” artilleriya və iki kiçik raket gəmisi ilə Hərbi Dəniz Donanmasının Xəzər gəmi dəstəsinin yeni gəmilərindən ibarət dəstə təmsil edəcək.

Sözügedən təlimlərin nəyə hesablandığını şərh edən politoloq Vəfa Quluzadə “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, bununla Azərbaycanı Avrasiya və Gömrük Ittifaqına sürükləmək istəyirlər. Ölkəmizin Ermənistanla sülh bağlanana qədər bundan imtina etdiyini deyən politoloq, belə bir çərçivədə sözügedən ölkələrlə birgə təlimə təəssüf edir: “Xəzər dənizində onlarla maraqlarımız üst-üstə düşmür. Rusiya ilə maraqlarımız üst-üstə düşmür, indi Qazaxıstan da onunla birgə ittifaq üzvüdür. Biz isə ittifaq üzvü deyilik. Belə olan halda, bizim orada nə işimiz var ki, gedib birgə təlim keçirik? Məni bu məsələ açmır və bunu açıq şəkildə deyirəm”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.