banner
banner

Sosİal

“Facebook”da yeni virus - ehtiyatlı olun

“Facebook”da yeni virus - ehtiyatlı olun

Bir neçə gündür “Facebook” sosial şəbəkəsində “Eko” adlı yeni troyan virusu yayılıb.

Axşam.az Technote-yə isttinadən xəbər verir ki, hakerlər virusun daha çox yayılması üçün “qurban” seçilmiş şəxsə “Facebook” kontaktında yer alan biri tərəfindən mesaj göndərirlər.

Göndərilən məlumatda şəxsin özünə aid fotosu əks olunur və linkə klik etdiyinizdə video açılacaqmış kimi təəssürat yaradır. Şəkildə “Video” və “xic.graphics” yazısı yer alır.

Klik etdikdə təbii ki, heç bir video açılmır və daha sonra “Chrome” panelini əlavə etməyiniz haqda mesaj alırsınız. Siz yüklənmə əmri verdikdə “Eko” troyan virusu yüklənməyə başlayır. Hakerlərin əsas məqsədi  sizin şəxsi məlumatlarınızı əldə etməkdir.

Əgər kompüter virusa yoluxarsa "Facebook" və digər sosial şəbəkələrdəki parollarınızı dəyişməyiniz məsləhət görülür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.