banner
banner

Gündəm

Qənirə Paşayeva: İslamafobiyanın artması ciddi problemdir

Qənirə Paşayeva: İslamafobiyanın artması ciddi problemdir
Millət vəkili Q.Paşayevanın AŞPA-da Nazirlər Komitəsi sədrinə müraciət edərək Avropada radikalların güclənməsi, İslamafobiyanın artması ciddi problemdir və bunun qarşısını almaq üçün ciddi addımlar atılmalıdır çağırışına Nazirlər Komitəsi sədri “siz haqlısınız çox təəssüf ki, bizim bir çox üzv dövlətlərimizdə biz irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanlarının qalxmasını müşahidə edirik” və mübarizə artmalıdır deyib.
 
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında hazırdı Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Estoniyanın xarici işlər naziri Yürgen Ligi çıxış edərək Assambleya üzvləri qarşısında AŞNK-nin fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Estoniyalı nazir daha sonra AŞPA üzvlərinin bir sıra suallarını cavablandırıb. 
 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumda təmsil olunduğu Avropa Liberallar və Demokratlar qrupu adından sual ünvanlayıb: “Cənab sədr Avropanın müxtəlif ölkələrində radikallıq getdikcə artır. Bir çox siyasi partiyaların, siyasətçilərin radikal açıqlamaları insanlara mənfi təsir göstərir, radikallaşdırır, anti-miqrant anti-İslam, anti-semitizm eyforiyasını, əhval-ruhiyyəsini Avropanın müxtəlif ölkələrində gücləndirir. 
 
Siyası partilayar, siyasıtçilər öz açıqlamaları ilə miqrantlar əleyhinə, İslam əleyhinə insanların radikallaşmasına səbəb olurlar. Və təssüf ki, bu cür radikal partiyalar hər seçkidə daha da çox səs alırlar. Bu radikal meyillərin Avropada artması NK ciddi narahat edirmi, qorxudurmu? Çünki bu meyillər bütün Avropanın gələcəyi üçün böyük risklər və dəhşətlər yarada bilər. Və NK bu cür radikal meyillərlə mübarizə istiqamətində hansı addımlar atır, hansı işləri görməyi planlaşdırır? 
 
Eyni zamanda Avropada mültukulturalizmi gücləndirmək, dəstəkləmək üçün NK hansı işləri görməyi, addımları atmağı planlaşdırır?” 
 
Azərbaycanlı millət vəkilinin sualına cavab verən Yürgen Ligi doğurdan da Avropa məkanında irqçilik, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığını bildirdi: “Bəli, siz haqlısınız, çox təəssüf ki, bizim bir çox üzv dövlətlərimizdə biz irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanlarının qalxmasını müşahidə edirik. Hələ bu qaçqın və miqrantlar problemindən qabaq da biz bir çox ölkələrdə, hətta deyərdim bütün üzv ölkələrdə görürdük ki, ksenofob və populist cərəyanlar get-gedə populyarlaşırdı. Bu tendensiya əlbətdə ki, Avropada sülhə və demokratik təhlükəsizlik üçün təhlükəlidir. 
 
Ksenofobiya, dözümsüzlük, ekstremizm və irqçiliklə mübarizə aparmaq Nazirlər Komitəsi üçün başlıca prioritet olan məsələlərdəndir. Biz, eyni zamanda terrorizmə gətirib çıxardan radikallıqla mübarizə aparmaq üçün xüsusi mexanizmlərdən də istifadə edirik. Bura dövlətlərlə aramızdakı müxtəlif fəaliyyət planları və eləcə də AŞ-da bu məsələlərlə məşqul olan müəyən qurumlarla əməkdaşlığımız daxildir. Biz, AŞPA və NK səviyyəsində əlimizdə olan bütün alətlərdən istifadə etməliyik ki, bu kimi mənfi tendensiyalara qarşı daha da güclü mübarizə apara bilək”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.