banner
banner

Dünya

ABŞ: Hələbdə dinc sakinlərə qəsdən zərbələr endirirlər

ABŞ: Hələbdə dinc sakinlərə qəsdən zərbələr endirirlər
Rusiya və Suriyanın hökumət qoşunları güclə Hələb şəhərini istila etməyə çalışırlar.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
 
“Son günlər müşahidə etdiklərimiz onu göstərir ki, baş verənlər Hələb şəhərini zorla istila etməkdən başqa bir şey deyil”, - deyə Kirbi bildirərək, şəhərin mühasirəyə alındığını qeyd edib.    
 
Dövlət Departamentinin rəsmi nümayəndəsinin fikrincə, Rusiya və Suriya Hərbi-Hava Qüvvələri qəsdən bölgədəki dinc sakinlərə zərbələr endirirlər.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.