banner
banner

Dünya

Moldova vətəndaşları Rumıniyada qəzaya düşdülər

Moldova vətəndaşları Rumıniyada qəzaya düşdülər

Rumıniyanın İaşi vilayətinin Komarna yaşayış məntəqəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Moldovadan İtaliya istiqamətinə hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan kənara çıxaraq aşıb. Qəza zamanı mikroavtobusda olan Moldova vətəndaşlarından biri ölüb, 6-ı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar vilayətin mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır olaraq qalır.  
 
Hadisə yerinə Moldovanın İaşi vilayətindəki baş konsulu da gəlib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.