banner
banner

İdman

Millimiz tarix yazır - 20 ildə ilk dəfə...

Millimiz tarix yazır - 20 ildə ilk dəfə...
Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulub.
 
Musavat.com saytı xəbər verir ki, Azərbaycan millisi də növbəti oyununa çıxıb və əzimkar mübarizə aparıb.
 
Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olub. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz, çətin səfər qarşılaşmasından da sərfəli nəticə ilə geri dönür. 
 
Belə ki, 90 dəqiqə ərzində  hesab açılmayıb və millimiz stadiondan 1 xalla ayrılaraq ümumi xalını 7-ə yüksəldib. Millimiz hazırda qrupda 2-ci pillədə yer alır. R.Prosineçkinin yetirmələri bu uğurla Azərbaycan tarixində daha bir ilkə imza atıblar. Belə ki, milli komandamız müstəqillik dövrü ərzində qatıldığı DÇ-nın seçmə mərhələlərində heç vaxt 3 oyunda 7 xal toplaya bilməmişdi. 

1998-ci Fransada baş tutan DÇ-nın seçmə mərhələsində 8 oyuna çıxan millimiz 1 dəfə qələbə qazanıb, 7 oyundan isə məğlub durumda ayrılıb. 2002-ci il Cənubi Koreya ilə Yaponiyanın ortaq ev sahibi olduğu dünya çempionatının seçmə mərhələsində isə yığma komandamız 1 qələbə, 2 bərabərlik və 7 məğlubiyyətlə daha bir uğursuz nəticə əldə edib. 
 
2006-cı ildə Almaniyada baş tutan DÇ-nın seçmə mərhələsində isə ümumiyyətlə qələbə sevinci yaşaya bilməyən millimiz, 3 bərabərlik və 7 məğlubiyyət alıb və qrupu sonuncu olaraq bitirib. 
 
2010 və 2014-cü illərdə də vəziyyət dəyişməyib. Ümumiyyətlə bu günə qədər millimiz FİFA Dünya Kubokunun seçmə mərhələlərində ən yaxşı halda 1 qələbə qazana bilib. Millimiz ən çox xalı isə 2014-cü ildə Braziliyada keçirilən DÇ-nın seçmə mərhələsində qazanıb. 1 qələbə, 6 bərabərlik və 3 məğlubiyyət alan komandamız 9 xal qazanıb və qrupu 4-cü yerdə bitirib. Bu da bizim o tarixə qədər ən yaxşı nəticəmiz olub.
 
Bu günə qədər Azərbaycan futbol komandası 5 dəfə DÇ-nın seçmə mərhələsində iştirak edib. Bu oyunlar zamanı millimiz ümumilikdə 4 dəfə qələbə qazanmışdısa, DÇ-2018-in seçmə mərhələsində səfərdə San-Marinoya, doğma evində isə Norveçə qalib gələrək, ilk dəfə 2 oyunda qələbə qazanıb. Bununla yanaşı, 7 xalla hazırda 2-ci pillədə yer alan komandamız, bu zamana kimi heç vaxt 4-cü pillədən yuxarı adlaya bilməyib. 
 
Azərbaycan millisi ümumilikdə 24, seçmə mərhələlərdəki 22 illik tarixində ilk dəfə bir tsikldə səfərdə 4 xal toplayıb. San-Marinodakı ilk qarşılaşmasında 1 qolla qalib gələn yığmamız, Çexiyadan da 1 xalla geri döndüyü üçün səfər xallarımızın sayını 4-ə çatdırıb. 
 
AÇ-1996-dan başlayaraq, seçmə oyunlarında iştirak edən komandamız tarixində 10-cu dəfə rəqib meydanında xal qazanıb. Səfərdə 2 qələbəsi olan millimiz 8-ci dəfə 1 xalla vətənə dönür. Yığmamız AÇ-2004, AÇ-2008, DÇ-2010 seçmə mərhələlərinin hərəsində 1, DÇ-2014-də 3, AÇ-2016-da 2 dəfə rəqib meydanında uduzmayıb. Bu dəfə 1 qələbə və 1 heç-heçə səfər xallarında mütləq rekordla nəticələndi. Beləliklə millimiz hazırda tarix yazır və ümid edirik ki, bu, davamlı olacaq. 


Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.