|
"Barselona"nın futbolçusu Lionel Messi komanda ilə ümumi məşqlərə başlayıb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu komandasının bugünkü məşqində iştirak edib. Buna baxmayaraq, o, "Deportivo"ya qarşı oktyabrın 15-i La Liqada keçiriləcək oyuna kimi hazır olmayacaq. Onun Çempionlar Liqasnın qrup mərhələsinin üçüncü turunda "Mançester Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, L.Messi La Liqanın 5-ci turunda "Atletiko" ilə (Madrid) matçda (1:1) zədələnib. Cia.az
|


