banner
banner

Dünya

Terror törətməyi planlaşdıran iki yeniyetmə tutuldu

Terror törətməyi planlaşdıran iki yeniyetmə tutuldu

Avstraliya hakimiyyəti 16 yaşlı iki yeniyetməyə qarşı terror aktı törətməyi planlaşdırdığı üçün ittiham irəli sürüb.

 
"Report" "France Press"ə istinadən xəbər verir ki, onların terrorçu İŞİD qruplaşması tərəfindən buna təhrik edildikləri ehtimal olunur. İnformasiyaya görə, yeniyetmələr ölkənin Sidney şəhəri ətrafında saxlanılıblar. Xəbərə görə, onların üzərindən iki bıçaq aşkarlanıb. 
 
"Qarşısını almasaydıq, onlar kiməsə hücum edəcəkdilər. Bu haqda məlumatımız var idi", - deyə, yerli polis idarəsinin təmsilçisi Katrin Börn bildirib. 
 
İnformasiyaya əsasən, yeniyetmələrdən birinin atası terrorçuluqla əlaqədar cinayətə görə, mühakimə olunub. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.