banner
banner

Dünya

Odessada fövqəladə vəziyyət elan edildi

Odessada fövqəladə vəziyyət elan edildi
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vilayətdə fövqəladə vəziyyət rejimi tətbiq edib.
 
APA-nın xəbərinə görə, bu barədə M.Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb.
 
"Mənim qərarımla Odessa vilayətində təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Güclü külək 3 nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. Hazırda 100-dən çox yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib”, M.Saakaşvili yazıb.
 
O qeyd edib ki, vilayət administrasiyasında fövqəladə vəziyyətlə əlaqədar operativ qərargah işə başlayıb: “Təbii fəlakətlə əlaqədar məktəblərdə dərsləri ləğv etməyi, fövqəladə vəziyyət üzrə xidmətlər istisna olmaqla, dövlət müəssisələrində işlərin məhdudlaşdırılmasını tövsiyə edirik. Külək zəifləməyənədək sakinləri evdən çıxmamağa çağırırıq”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.