banner
banner

Dünya

Afinada 8 ildən sonra eyni mağazaya yenə hücum olub

Afinada 8 ildən sonra eyni mağazaya yenə hücum olub
Yunanıstanın paytaxtı Afinada partlayış baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzində yerləşən kitab mağazasında qeydə alınıb. Partlayış zamanı mağaza bağlı olub. Bu səbəbdən zərərçəkən olmayıb.
 
“Naftemporiki” nəşrinin məlumatına əsasən, insidentdən yarım saat əvvəl naməlum şəxs redaksiyaya zəng vuraraq kitab mağazasında partlayıcı qurğu yerləşdirdiyini bildirib.
 
Faktla bağlı polis araşdırma aparır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.