banner
banner

Sosİal

Azərbaycanda Miqrasiya Məcəlləsinə əlavələr edilir

Azərbaycanda Miqrasiya Məcəlləsinə əlavələr edilir

Azərbaycanda Miqrasiya Məcəlləsinə əlavələr edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Miqrasiya Məcəlləsinin 3.0.17. maddəsinə edilən əlavəyə əsasən sərhəd keçmə sənədi - xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər sırasına “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi” də daxil edilir.

Məcəllənin 21.1-ci maddəsinə edilən yeniliyə əsasən, Azərbaycana daxil olan əcnəbilərə dövlət sərhəd xidməti məntəqələrində 3 gündən artıq ölkədə qalacaqları təqdirdə, qeydiyyata alınmalarının zəruriliyini ifadə edən bildiriş veriləcək. Bildiriş Azərbaycan, rus və ingilis dillərində olacaq.

Bundan başqa, məcəlləyə ölkədə yaşayan əcnəbilərlə də bağlı xeyli yeniliklər edilir.

Məcəlləyə Azərbaycanın hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə də bağlı yeni maddə əlavə olunur. Əlavəyə görə, sərhəd keçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhəd keçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda icra hakimiyyəti orqanı tərəfindən səyahət sənədi veriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.