banner
banner

İdman

Messiyə söz verildi

Messiyə söz verildi

İspaniya La Liqasının son turunda "Real Sosyedad"a uduzan "Barselona" klubunda Lionel Messi ilə baş məşqçi Luis Enrike arasında yaşanan qalmaqal səngimək bilmir.

Qol.Az-ın "Cadena Cope" radiosuna istinadən verdiyi məlumata görə, bazarertəsi məşqə çıxmayan argentinalı futbolçu ilə gün ərzində əlaqə saxlamaq mümkün olmayıb.

Bu səbəbdən baş məşqçi L.Enrike Messini cəzalandırmaq qərarına gəlib. Lakin Xavi, İniyesta və Buskets cəzanın Messi ilə aralarındakı gərginliyi daha da dərinləşdirəcəyini əsas gətirərək təcrübəli mütəxəssisi fikrindən daşındırıblar. Bunu öyrənən Messi isə rəhbərliklə görüşərək onların qarşısına "ya mən, ya da Enrike" tələbini qoyub. Rəhbərliyin Messiyə baş məşqçinin qovulacağına dair söz verildiyi bildirilir.

Qeyd edək ki, "Real Sosyedad"la görüşdə (0:1) meydana sonradan daxil olan Messinin Enrikenin qərarlarından narazı qaldığı və bu səbəbdən komandanın son məşqində iştirak etmədiyi iddia olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.