banner
banner

Dünya

Hindistanda BRİKS sammiti keçirilir

Hindistanda BRİKS sammiti keçirilir

Hindistanın Qoa şəhərində "BRİKS"-in zirvə toplantısı keçirilir.

Rusiya KİV xəbər verir ki, sammitdə iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin Hindistana səfər edib.

İnfromasiyaya görə, sammit iki gün, oktyabrın 15-16-də keçiriləcək.

Sammitdə terrorçuluğa qarşı mübarizə, Yaxın və Orta Şərqdəki vəziyyət, habelə energetika sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyi gözlənilir. Xəbərə görə, toplantının sonunda BRİKS liderləri "Qoa qətnaməsi və fəaliyyət planı"nı imzalayacaqlar.

Məlumatda bildirlib ki, zirvə toplantısından əvvəl dövlət başçıları ikitərəfli görüşlər keçirəcəklər.

Rusiya prezidenti Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, tərəflər arasında nüvə energetika sahəsinə əməkdaşlıq məsələsi müzakirə edilib.

Qeyd edək ki, "BRİKS" sözü Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının ingiliscə baş hərflərindən yaranıb (ingiliscə Brazil, Russia, India, China, South Africa).



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.