banner
banner

Dünya

BMT baş katibi: “Suriya BMT-nin prioritet məsələsi olmalıdır”

BMT baş katibi: “Suriya BMT-nin prioritet məsələsi olmalıdır”

Suriya böhranının həllinə töhfə vermək Birləşmiş Millətlər Təşkilatının gələcək fəaliyyətində prioritet məqsədlərindən biri olmalıdır.

TASS xəbər verir ki, bu barədə BMT-nin yeni baş katibi Antonio Quterreş "Fransa-24" telekanalına müsahibəsində bildirib.

"Suriya BMT-nin prioritet məsələsi olmalıdır. Çünki BMT Suriya xalqına qarşı münasibətdə borclu qalıb", - deyə A.Quterreş qeyd edib.

"Biz başqalarına qarşı alicənablığa görə, Suriya xalqına təşəkkür etməliyik. Hələ Suriya böhranı başlamamışdan, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olarkən Suriya inanılmaz qonaqpərvərlik göstərərək sərhədlərini 2 milyondan çox iraqlı qaçqının üzünə açmışdı", - o xatırladıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.