banner
banner

Dünya

Misirdə terrorçuların hücumu nəticəsində 5 hərbçi ölüb

Misirdə terrorçuların hücumu nəticəsində 5 hərbçi ölüb
Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 5 hərbçi ölüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şeyx Züveyd şəhəri ətrafında qeydə alınıb. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.
 
Qeyd edək ki, oktyabrın 14-də terrorçular Əl Əriş şəhəri yaxınlığında yerləşən hərbi blok-posta hücum ediblər,  nəticədə 12 hərbçi ölüb, 6-sı yaralanıb, döyüş zamanı 15 terrorçu məhv edilib.
 
İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.