|
“Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun müsahibəsi - “Neftçi” Premyer Liqanın VIII turunda da məğlubiyyətlə üzləşdi. Komandanın belə duruma düşməsinə səbəb nədir? - Mən özüm də məəttəl qalmışam. Sizin kimi biz də söz tapmaqda çətinlik çəkirik. - Bu vəziyyətdən çıxış yolunu nədə görürsüz? - Vəziyyət düzəlmir də. “Neftçi”nin indiki vəziyyətindən Allah da baş çıxarmır. - Elxan Abdullayev bu vəziyyətə nə deyir? - Dözməliyik. Başqa əlacımız yoxdu. Amma fakt budur ki, komanda oyun göstərmir. - Amma azarkeşlər dözə bilmir… - Azarkeşlər haqlıdırlar. Gəlirlər, oyun, nəticə istəyirlər. - Mahir Şükürov komandaya fayda verəcək? - Hər şey futbolçuların özlərindən asılıdır. - Müşahidə Şurası indiki vəziyyət barədə nə düşünür? - Komanda qarşısına qoyulan tələblər yerinə yetirilmir. Yəqin ki, 2-3 günə iclas olacaq. Orada bütün bu problemlər müzakirə olunacaq. - Yeni təyinatlar - Elxan Eyvazov və Orxan Hüseynzadənin gəlişi komandada nəyi dəyişib? - Onlar da rəhbərlikdədirlər. Lakin sırf komandanın göstərdiyi oyuna onların aiddiyatları yoxdur. Hər şey məşqçilərdən, futbolçular asılıdır. - Qışda ciddi dəyişikliklər olacağını gözləmək olar? - Təbii ki, heyətdə ciddi dəyişikliklər olmalıdır. 7-8 nəfəri göndərmək lazımdır. Bura həm yerli, həm də legionerlər daxildir. Əcnəbilərin ümumiyyəltə, heç birinin oyunu xoşuma gəlmir. - Futbol veteranı kimi milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışını necə dəyərləndirərdiz? - Millimiz bizi uğura çox inandırıb. Komanda oynadı. Futbolçular meydanda can yandırdılar. 11 nəfərin 11 də oynayır. İnanıram ki, bundan sonra da millimiz yaxşı çıxış edəcək. |


