Qax rayonunda at qadın sahibinə ağır xəsarət yetirib. Hadisə rayonun Tanqıt kəndində qeydə alınıb.
Burada at 35 yaşlı Tünzalə Hümbətovaya ağır xəsarət yetirib.
Məlumata görə, Laçın rayon sakini T.Hümbətova oğlu ilə birlikdə örüşdən özlərinə məxsus ata tez hərəkət etsin deyə arxadan çubuqla vurub. Bu zaman at T.Hümbətovaya başından təpiklə vurub.
Qadın başından aldığı xəsarətdən huşunu itirib. O, Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. (“Report”)
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.