2 banan 7 problemi həll edir - Müalicəvi xüsusiyyətləri
Banan bir çox xəstəliklərə müalicəvi təsir göstərir. Banan səhhətinizdə yaranmış 7 problemi həll edə bilər.
İnanmırsınızsa, bu gündən və həftə ərzində kiçik eksperimenti sınaqdan keçirin. Gündə iki banan yeyin. Məsələn, səhər və nahar yeməyi arasında qəlyanaltı etmək olar.
1. Depressiya
Banan depressiya, ruh düşkünlüyü, eləcə də payız yorğunluğu ilə mübarizədə həqiqətən kömək edir. Aydın məsələdir ki, soyuq aylarda hava çox tez qaralır, bu da insan əhvalına mənfi təsir edir. Bananın tərkibindəki triptofan stress hormonlarını azaldır, serotonin (xoşbəxtlik) hormon istehsalını stimullaşdırıb əhvalı düzəldir.
2. Qan təzyiqi
Banan kalium tərkibi sayəsində təzyiq problemləri ilə çox gözəl mübarizə aparır, insult və infarkt riskini aşağı salır. Sadəcə banan ürək problemi olanlar üçün əvəzsiz sitrus meyvəsidir.
3. Qan azlığı
Banan da alma kimi dəmirlə çox zəngindir. Əgər siz qanazlığından əziyyət çəkirsinizsə, onda hər gün banan yeyin. Onlar eritrositlərin və hemoqlobinin hazırlanmasına kömək edir, orqanizmdə qan yaradır.
4. Pis əhval
Əhval-ruhiyyəniz pisdirsə və sizi heç nə sevindirmirsə, banan yeyin. Banan qanda şəkərin miqdarı normaya çıxaracaq, tərkibindəki A vitamini isə əsəblərinizi sakitləşdirəcək. Nəticədə gərginlik çox tez keçəcək və siz arxayınlaşacaqsınız. Yeri gəlmişkən, bu fakt sizi güldürsə də, bananı bəzən klon adlandırırlar. Deməli, bu andan etibarən hər gün banan yeyirik!
5. Mədə xorası
Bu xəstəlikdən əziyyət çəkənlər ərzaq problemləri ilə çoxdan tanışdır. Çox yemək qəti qadağandır. Lakin, banan xoş istisnadır. Onlar mədə divarlarını xüsusi maddə ilə örtür və turşusunun zərərli təsirini aradan qaldırır.
6. Mədə qıcqırması
Mədə qıcqırmasının ən yaxşı və təbii dərmanı banandır. Onu yeyən kimi dərhal xoş yüngüllük hiss edəcəksiniz. Daha bir heyrətamiz fakt: Nə qədər qəribə səslənsə də, radiasiya səviyyəsinin bananlarla ölçüləcəyi deyilir.
7. Enerji
Banan tez həll olunan karbohidratlardan ibarətdir. Məşq öncəsi banan yeməklə siz bədəni enerji ilə təmin edəcəksiniz. Məşqdən sonra da eyni miqdarda banan yemək sizə gümrahlıq bəxş edəcək və daha tez özünüzə gəlməyə kömək edəcək.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.