Ermənilər Ağdamı atəşə tutdu - dərslər dayandırıldı
Ağdamın işğal olunmuş Baş Qərvənd kəndindən ermənilər rayonun Mirəşelli kəndini atəşə tutublar.
Nəticədə sakinlərə məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli güllə dəyib.
Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Quliyev Hüseyn Novruz oğluna məxsus “VAZ 2106” markalı maşın da düşmənin atəşinə məruz qalıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Bundan başqa, Orta Qərvənd kəndi də atəşə məruz qalıb, evlərin damlarına və divarlarına xeyli sayda avtomat və pulemyot güllələri dəyib. Kənd orta məktəbində dərslər yarımçıq dayandırılıb.
Xatırladaq ki, son bir həftə ərzində erməni hərbiçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan atəşə tutur.//APA
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.