“Qladiator” və “Şeytanın vəkili” filmlərinin aktrisası Conni Nielsen Keniyada gördüyü yoxulluqdan danışıb.
Aktrisa insanların səfalət içində yaşamasından çox təsirləndiyini və buna görə bir təlim mərkəzi açdığını deyib.
Nielsen həmin mərkəzdə 100 minə yaxın yoxsul insana xidmət göstərildiyini bildirib:
“Həmin mərkəzdə hər şey – təmiz su, yemək, təhsil verə biləcəyimiz sinif otaqları – var. Mərkəz sadəcə uşaq üçün deyil, böyüklər üçün də nəzərdə tutulub. Mən özümü uşaqlara və onların gələcəyinə fəda etmişəm. Ümid edirəm oynadığım pis obrazlar onlara təsir etməyib”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.