banner
banner

Dünya

Misir hərbçiləri 19 silahlını məhv edib

Misir hərbçiləri 19 silahlını məhv edib
Misir hərbçiləri Sinay yarımadasında 19 silahlını məhv edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.
 
Məlumata əsasən, oktyabrın 17-də səhər saatlarından hərbi aviasiya terrorçuların mövqelərinə hava zərbələri endirib. Silahlıların cəmləşdiyi ərazilər artilleriya atəşinə tutulduqdan sonra quru əməliyyatı başlayıb.
 
Ötən gün  Şeyx Züveyd  şəhərində silahlıların hücumu nəticəsində 5 hərbçi ölüb. Oktyabrın 14-də isə terrorçular Əl Əriş şəhəri yaxınlığında yerləşən hərbi blok-posta hücum ediblər,  nəticədə 12 hərbçi ölüb, 6-sı yaralanıb, döyüş zamanı 15 terrorçu məhv edilib. İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 
Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.