Gəncə Regional ASAN Xidmət mərkəzinin könüllüləri Samuxda pambıq yığımına cəlb edilib. ASAN könüllüləri təşkilatının rəhbəri Bəxtiyar İslamov “Yeni Müsavat”a bildirib ki, 50-yə yaxın könüllü gün ərzində hərəyə 10 kiloqramadək yığım etməklə ümumi prosesə öz töhfələrini veriblər. Sahədən 400 kiloqramdan artıq məhsul toplanaraq pambıq yığımı məntəqəsinə təhvil verilib:
“Hazırda ölkədə xüsusilə daxili istehsalın artırılması istiqamətində bir çox işlər görülür ki, kənd təsərrüfatı da burada əsas rol oynayır. Tarixə nəzər salsaq görərik ki, pambıqçılıq hər zaman daxili məhsulun istehsalında rol oynayan önəmli sahədir. Hazırda da bu istiqamət üzrə işlər görülür. ASAN könüllüləri də bu məsələdə dövlətə öz dəstəyini vermək üçün fəaliyyətə keçdi. Məqsəd qeyd etdiyim kimi, bu sahədə aparılan işlərə dəstək vermək idi”.
B.İslamov bildirib ki, bundan sonra da ASAN könüllüləri bu kimi layihələrini davam edəcəklər:
“İndiyə qədər də bir çox layihələrimiz olub. Ən sonuncu reallaşdırılan layihələr içərisində ”ASAN Akademiya" layihəsini göstərə bilərik. Bu layihə bizdə ənənəvi şəkildə hər il keçirilir. Eyni zamanda sırf gənclər arasında kitaba marağın artırılması üçün biz “hərəyə bir kitab bölüşək” layihəmizi bu il də davam etdirdik. Qarşıdan gələn layihələr içərisində isə deyə bilərəm ki, bizim növbəti ayda Gəncə şəhərində “Startup Azərbaycan”la birlikdə “Azərbaycan startup festivalı” adlı böyük beynəlxalq layihəmiz baş tutacaq. Bu layihənin də əsas məqsədi yerli gənclərlə xarici gənclər arasında xüsusi fikir mübadiləsi yaratmaqdır. Eyni zamanda gənclərə bu istiqamətdə layihələrini reallaşdırılması məsələsinə öz dəstəyimizi verməkdir. Bundan başqa, regionlarda və dağlıq ərazilərdə kənd təsərrüfatı ilə bağlı biliklərin artırılması istiqamətində də xüsusi təlimlər paketimiz baş tutacaq. Gənclər arasında idmana marağın artırılması istiqamətində də bir sıra ənənəvi yarışlarımızı keçirməyi planlaşdırırıq".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.