Hazırda Azərbaycanın əsas vəzifəsi ixracı şaxələndirmək və milli məhsulları xarici bazarlara çıxarmaq, bununla da neftin ucuzlaşması nəticəsində üzləşdiyi valyuta itkilərinin yerini doldurmaqdır.
Virtualaz.org xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib. Kiselyov oktyabrın 17-də Bakıda İlham Əliyevdən müsahibə alıb, agentlik müsahibədən fraqmanetləri az əvvəl yaymağa başlayıb.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2017-ci il büdcəsində neftin qiymətini 40 dollardan götürüb və qiymətin bundan aşağı düşəcəyini ehtimal etmir. “Bu il biz büdcədə nefti 25 dollardan götürmüşdük və nəticədə ili profisitlə başa vururuq. Hesab edirik ki, 40 dollardan aşağı düşməz. Ona görə də neftin indiki qiymətləri bizə hansısa əlavə çətinliklər yaratmayacaq. Yeganə budur ki, biz dövlət investisiya xərclərini ixtisar etməli olmuşuq”-prezident deyib.
İlham Əliyevin sözlərinə görə, ola bilsin bu, həm də yaxşıdır. “Çünki həddən çox investisiya həddən çox tələbat deməkdir. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından da çoxlu sifarişlər daxil olur. Ona görə də neft qiymətləri ilə bağlı bu böhran bizi hətta bir az ayıltdı, göstərdi ki, vəsaitləri çox qənaətlə xərcləmək lazımdır. Biz də elə bunu edirik”-prezident bildirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.