Azərbaycan 2013-cü ilin fevral ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna üzv olub.
2015-ci ildə Azərbaycan üzrə qiymətləndirmənin 1-ci mərhələsinə yekun vurulub və ölkəmiz növbəti mərhələyə keçib. 2016-cı ildə isə 2-ci mərhələ zərzivəsində mart ayının 9-11-də qiymətləndiricilər Bakıda səfərdə olublar.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, prosesin davamı olaraq, bu günlərdə Fransanın paytaxtı Paris şəhərində OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun Qiymətləndirmə Qrupunun 24-cü iclası keçirilib.
Azərbaycan üzrə ölkə hesabatının müzakirə olunduğu tədbirdə Vergilər Nazirliyini Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi Zaur Fətizadə, həmin Baş İdarənin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Yusifov və Maliyyə institutlarında vergi monitorinqi idarəsinin rəis müavini Vüsal Şıxəliyev, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin şöbə rəisi Nigar Alimovadan ibarət nümayəndə heyəti təmsil edib.
Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilərin iştirakı ilə həyata keçirilib və hesabat təsdiq edilib.
Qeyd edək ki, ölkə hesabatı oktyabr ayının sonlarında Qlobal Forum tərəfindən nəşr olunacaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.