Yadımdadı. Uşaq idik. Dedilər, Əliş dayı dəvə gətirib. Bir dəstə dedi, sirkə aparacaq, o biri dəstə əksini fərz etdi- dedi, yox, kəsib satacaq. İkinci dəstənin dediyi oldu. Əlişin o dəvəni necə kəsməsi də yadımdadı. Əvvəlcə balta ilə başına vurdu. Dəvə yıxıldı. Əliş məlum aktı icra etdi. Dəvənin kəsilməsinə dözə bilməyib gözündən bıldır-bıldır yaş tökən Məsumə xala səhəri gün dəvə ətindən əla qutab bişirdiyini danışdı. Atam da aldı həmin dəvənin ətindən. Anam şapalaq boyda kotletlər bişirdi. Bircə mən yemədim...
Sonra qəssab Əlişi dolaşdırdılar. At, eşşək əti də satırmış deyəsən. O zamandan xeyli vaxt keçib. Əliş dayı yenə qəssabdır. İki yerdə evi, maşınları, iki də arvadı var, deyirlər. Bayram üçün qurbanlıq qoyunları soya-soya o gün Qobustan ərazisində vurulan yaralı atdan danışırmış. Heyfslənirmiş. İnsanların ürəyindəki mərhəmət hissinin ölməsindən, o yaralı ata kimsənin kömək etməməsindən gileylənirmiş...
***
Feysbukda aləm qarışıb bir-birinə. Feysbuk cəmiyyətin özü deyil, bu gün bir daha əmin oldum. Ora dalda yerdi, daha xaotikdi. Üz üzdən, göz gözdən utanmır orda. Kabab şişini dişinə çəkənlər, manqalı qucaqlayıb selfie edənlər yaman məsum olub. Ələ salırlar Qurban bayramını. Tamam, dini inancınız yoxdu. O zaman inanclı insanlara az da olsa, hörmətlə yanaşın. Ən azından qarşınızdakı o xingal qiyməsindən, sür-sümükdən utanın. Olmaya siz arağı soğan-çörəklə içirsiz?
***
Yaralı atın fotolarına baxdım... C. Oruellin “Heyvanıstan”ındakı Bokser yadıma düşdü. Sonra da qəssab Əliş... Və feysbukdakı “fake” həngamə...
Amerika Yuxu Tibbi Akademiyasının həkimi İndira Gurubhagavatula MedicalXpress-ə bildirib ki, xroniki yuxu çatışmazlığı bir sıra təhlükəli xəstəliklərin riskinin artması ilə sıx bağlıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.