Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter”in müdafiəçisi Xuan Jesus 3 oyunluq cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna 23 yaşlı braziliyalı futbolçunun İtaliya A seriyasının XVII turu çərçivəsində “Yuventus”un arxa xətt oyunçusu Corco Kellininin dirsəklə zərbə vurması səbəb olub.
Diskvalifikasiya haqqında qərar video təkrarının köməyi ilə tətbiq edilib. Jesus üç matçdan başqa, digər görüşlərdə aldığı sarı vərəqələrə görə daha bir oyunu buraxacaq.
Qeyd edək ki, “Yuventus” – “İnter” oyunu 1:1 hesabı ilə başa çatıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.