banner
banner

Sosİal

Kür çayı daşa bilərmi?

Kür çayı daşa bilərmi?
Son günlər yağan intensiv yağış Kür çayının Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində suyun səviyyəsini qaldırıb. Çayın Salyan rayonunun ərazisindən keçən hissəsində səviyyəsi 35 santimetr, Neftçalada rayonunun ərazisindən keçən hissəsində isə 10 santimetr qalxıb. Neftçala rayon İxtisaslaşdırılmış Mənsəb Hidrometerologiya Müəssisəsindən verilən məlumata görə, bir həftədə ərzində Kür çayının səviyyəsi Salyanda 64 santimetr, Neftçalada isə 38 santimetr qalxıb. 
 
Bu səbəbdən də həmin rayonlarda sel təhlükəsi yaranıb. 
 
Qeyd edək ki, hər iki rayonda qabaqlayıcı tədbirlər görülür. Bəzi təhlükəli ərazilərdə bəndvurma işləri aparılır. Xatırladaq ki, Azərbaycanın çay sistemi Kür çayı və onun qollarından, həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir. Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Mənbəyini Türkiyə ərazisindən götürən çay Gürcüstandan keçməklə Azərbaycanın ərazisindən axır. Çayın ümumi sutoplayıcı sahəsi 188000 kvadrat kilometrdir, Azərbaycanın ərazisinə bu sahənin 58000 kvadrat kilometri və ya 31 faizi aiddir. Bu çayın daşmasının nə kimi fəlakətlər törətməsini təxmin etmək elə də çətin deyil. 
 
Maraqlıdır, təbii fəlakətin qarşısını almaq məqsədilə aidiyyəti qurumlar hansı işləri görür?

Картинки по запросу Telman Zeynalov
 
Ekoloq Telman Zeynalov yağışın fəsadlarını  minimuma endirmək imkanlarının olduğunu dedi: “Yağıntıların miqdarı həddindən artıq artıb. Ona görə də çaylar daşır, əraziləri də su basır. Bu hal Kür çayından da sığortalanmayıb. Orada da baş verə bilər. Lakin Kür çayının qabağını kəsən Mingəçevir su anbarı var. Buna görə də prosesləri tənzimləyir. Əgər həftələrlə, 20 gün leysan yağışlar yağsaydı, mən deyərdim ki, Kür çayı da daşacaq və hər yeri basacaq. Ancaq hələlik elə bir proses getmir. Fövqəladə Hallar Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu problemlərin qarşısını almağa hazırdırlar. Ona görə də onlar çayın qırağında bəndlərin səviyyəsini qaldırırlar ki, birdən Kürdə suyun səviyyəsi yarım və ya bir metr qalxsa, kənd və ətraf qəsəbələri su basmasın. Yeni bəndlər qurulur. Dünyada gedən proseslər bizim üçün nümunədir. Buna görə də bizim qurumlar hər cür təbii fəlakətin törədə biləcəyi fəsadların qarşısını almağa hazırdır. Ola bilər ki, cüzi bir təsir göstərsin. Yəni zərbənin təsirlərini minimuma endirmək imkanlarımız var. Bir var ki, risk həddindən artıq çox olur, kəndlər, rayonlar suyun altında qalır. Bir də var ki, biz o riski minimuma endiririk və suyu ötürməyə yerlərimiz var. Orada yaşayan əhali heç nədən narahat olmasın”.
 
Картинки по запросу Gülşad Məmmədova
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Kürün su səviyyəsinin daşacaq dərəcədə artmadığını bildirdi: “Bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunur. Yağan leysan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuq artıb. Yaxın iki-üç gün ərzində də yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bununla əlaqədar çaylarda suyun yenidən artacağı və bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Bizdə olan hazırkı məlumatlara görə, Kür çayının səviyyəsi cüzi qalxıb. Kür çayında su basma, daşqın ehtimalı yoxdur. Suyun səviyyəsi daha çox dağ çaylarında, xüsusən də Böyük Qafqazın dağ çaylarında artıb. Bu çaylara misal olaraq Tala çayı, kürmü və Kiş çaylarını göstərmək olar. Yaxın iki-üç gün ərzində də yağan yağışlar nəticəsində bu çaylarda sululuğun artacağı ehtimal olunur”.
 
a4ae4dc8-4bfd-4f7d-a776-588af63b33e6_292
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov hazırda Kür çayı ilə bağlı heç bir kritik vəziyyətin olmadığını dedi: “Kür çayı ilə bağlı məlumatlar hər gün bizə daxil olur. Hazırda Kür çayının səviyyəsində kritik heç bir şey yoxdur. Yəni orada yaşayacaq insanların narahatlığına səbəb olan heç bir şey yoxdur. Yağış suları nəticəsində cüzi olaraq suyun səviyyə artsa da, vəziyyət normaldır. Əgər kritik vəziyyət baş verərsə, biz bunun qarşısını almaq iqtidarındayıq. Ancaq narahatçılıq doğuracaq heç bir şey yoxdur. Kür çayının səviyyəsi ilə bağlı, metroloji məlumatlar bizə hər gün daxil olur”.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.