banner
banner

Dünya

Filippin prezidenti: ABŞ-la vidalaşmağın zamanı çatıb

Filippin prezidenti: ABŞ-la vidalaşmağın zamanı çatıb
Filippin üçün ABŞ-la vidalaşmağın zamanı çatıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çində səfərdə olan Filippin  prezidenti Rodriqo Duterte bəyan edib.
 
“Ölkəmdə yer almağınız yalnız sizə fayda verirdi. Odur ki, dostlar,  vidalaşmağın zamanı çatıb. Mən bir daha Amerikaya səfər etməyəcəm. Çünki orada yalnız yeni təhqirlərlə üzləşəcəm”, deyə R.Duterte bildirib.
 
Bununla belə Filippin prezidenti qeyd edib  ki, ölkəsi hər hansı yeni hərbi ittifaqa daxil olmaq və yaxud qüvvədə olan sazişlərdən imtina etmək niyyətində deyil.
 
Qeyd edək ki, 1946-cı ilədək ABŞ-ın müstəmləkəsi olan Filippinlə rəsmi Vaşinqton arasında bir neçə hərbi saziş mövcuddur. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.