banner
banner

Dünya

AB Türkiyə ilə razılaşdı: “Bir neçə həftəyə…”

AB Türkiyə ilə razılaşdı: “Bir neçə həftəyə…”
Avropa Birliyinə (AB) üzv olan 28 dövlətin liderləri Brüsseldə keçirilən sammitdə Aİ və Türkiyə arasında yaxın bir neçə həftə ərzində viza rejiminin ləğvi mexanizminin müəyyənləşdirilməsini dəstəkləyib.
 
Axar.az xəbər verir ki, bu barədə AB sammitinin yekunlarına dair bəyanatda qeyd olunub.
 
Qeyd edək ki, martda AB və Türkiyə arasında “Balkan marşrutu” üzrə ittifaqa Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişi imzalanıb. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, AB-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində AB-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.
 
Bu razılaşmalar çərçivəsində Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi də nəzərdə tutulub. Lakin AB sonradan Türkiyə ilə viza rejiminin ləğv etdirilməsi üçün Ankaraya  terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.