banner
banner

İdman

“Qəbələ”nin rəqibləri: 1 qələbə, 2 məğlubiyyət

“Qəbələ”nin rəqibləri: 1 qələbə, 2 məğlubiyyət

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda yer alan komandalar ölkə çempionatında növbəti oyunlarını keçiriblər. 

Qol.az-ın məlumatına görə, cümə axşamı təmsilçimiz üzərində 1:0 hesablı qələbə qazanan “Sent Etyen” Fransa çempionatında da 3 xala sevinib. 

Səfərdə “Kann”ın qonağı olan “Sent-Etyen” 2:0 hesablı qələbə qazanıb. 3 xal gətirən qolları ikinci hissədə Saivet və Veretout vurub. Xallarının sayını 16-ya çatdıran “Sent-Etyen” turnir cədvəlində 7-ci yeri tutur. 

Bundesliqanın 8-ci turunda “Maynts” səfərdə “Şalke”nin qonağı olub. Matç “Maynts”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Böyükhesablı məğlubiyyətdən sonra əvvəlki kimi 11 xalda qalan “Qəbələ”nin rəqibi 9-cu pillədə qərarlaşıb. 

“Anderlext” isə Belçika çempionatının 11-ci tuturunun mərkəzi görüşündə “Brügge”nin qonağı olub. Son çempionla bacarmayan “Anderlext” meydandan 1:2 hesablı yenilgi ilə ayrılıb. 21 xala malik Brüssel klubu turnir cədvəlində üçüncüdür.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.