banner
banner

Sosİal

“AAAF Park”ın aldatdığı vətəndaş - Nazir “tədbir görüləcək” vədini verib

“AAAF Park”ın aldatdığı vətəndaş

Son zamanlar "AAAF Park" yaşayış kompleksi ilə bağlı şikayət xarakterli məlumatlar səngimək bilmir. Məlumatların əksəriyyəti şirkət rəhbərliyinin vətəndaşları aldatması və bu kimi xarakter daşıyır. Məsələn bir müddət əvvəl yayılan məlumatda deyilirdi ki, "AAAF Park"-ın növbəti "qurban"ı Elmin Şirinov şirkət tərəfindən aldadılmasından giley edirdi:

"Bu ilin, yəni, 2014-cü il fevral ayının 2-də "AAAF Park" yaşayış kompleksinin VİP məhəlləsində yerləşən 9-cu binada mənzil üçün 35 000 AZN ilkin ödəniş etmişəm. Şirkətin kampaniyasına əsasən, qalan məbləğ 3 il ərzində ayda 278 AZN ödəmək şərti ilə razılaşdırılıb.

İndiyə qədər aylıq ödənişi vaxtında etmişəm. Mənə bildirdilər ki, bina bu ilin may ayında, ən geci isə, iyun ayında təhvil veriləcək. Artıq 6 aydır məni aldadırlar. Hazırda yoldaşım və iki azyaşlı övladımla kirayədə qalıram. Evin təmiri üçün saxladığm pulu da şirkətin məni aldatması səbəbindən kirayələrə xərcləmişəm. Aldığım maaşla isə ailəmi dolandırmağa çalışmışam.

Dəfələrlə "AAAF Park"-a müraciət etmişəm, hər dəfə” bu gün”, "sabah”- deyib məni aldadıblar. Deyirlər ki, Fövqəladə Hallar Nazirliyi binanın işini dayandırıb.Bizlik heç bir şey yoxdur.Mənim müqaviləm isə "AAAF Park"-ladır, FHN-lə yox. Qalmışam çıxılmaz vəziyyətdə".

DİA.AZ-a daxil olan son məlumatda isə bildirilir ki, artıq «AAAF Park»la bağlı vətəndaş şikayətlərinin artması səbəbindən şirkətin fəaliyyətinin təftiş olunması, şikayətlər üzrə tədbir görülməsi qərarı verilib.

Məlumatı verən qaynaq bildirir ki, bütün bu prosesin həyata keçirilməsi üçün maraqlıdır ki, eyni vaxtda bir neçə dövlət qurumuna - Vergilər Nazirliyi də daxil olmaqla, hüquq-mühafizə orqanlarına belə tapşırıq verilib.

Mənbənin dia.az-a söylədiklərinə görə, «AAAF Park»ın aldatdığı şəxslərdən biri bu günlərdə bölgələrin birində səfərdə olan nazirlərdən biri ilə görüşüb: «Bundan sonra həmin nüfuzlu nazir şirkətlə bağlı müvafiq tədbirin görüləcəyini vəd edib».

Onu da qeyd edək ki, həmin nüfuzlu məmurun kimliyi redaksiyamıza məlum olsa da, adın açıqlanması «hansısa məmurun «AAAF Park»ı hədəfə alması» kimi yozula biləcəyi səbəbindən bəzi məqamları özümüzdə saxlamaq qərarını verdik.

Qarşı tərəfi də dinləməyə hazırıq...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.