banner
banner

Dünya

Lyaşko: “Ukrayna nüvə arsenalını bərpa etməlidir”

Lyaşko: “Ukrayna nüvə arsenalını bərpa etməlidir”
Ukraynanın nüvə silahından imtina etməsi haqqında qərarı yanlışdır.
 
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radikal Partiyasının sədri Oleq Lyaşko paylaşıb. Onun sözlərinə görə, rəsmi Kiyev hər şeyə rəğmən, ölkənin nüvə qalxanını yenidən bərpa etməlidir:
 
“Bu gün altına imza atanların belə adını çəkməyə utandığı Budapeşt memorandumu yox, məhz nüvə silahı və güclü ordu bizim müstəqilliyimizin əsas zəmanətçisi olmalıdır. Bizim Ukraynanı qorumaq üçün başqa yolumuz yoxdur”.
 
Qeyd edək ki, Budapeşt memorandumu 1994-cü ildə Rusiya, Ukrayna, ABŞ və Böyük Britaniya tərəfindən imzalanıb. Bu razılaşmaya əsasən, Ukrayna nüvə silahının yayılması haqqında razılaşmaya qoşulub. Razılaşmaya əsasən, Kiyev SSRİ-dən qalan bütün nüvə arsenalından imtina edib və əvəzində Rusiya, ABŞ, Böyük Britaniya Ukraynanın təhlükəsizliyinə zəmanət veriblər.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.