Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi "İctimai Wi-Fi" layihəsinin icrasına başlayıb.
Axşam.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin 9 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Abdullayev deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə internet şəbəkəsinə pulsuz çıxış Bakının Fəvvarələr meydanı və Dənizkənarı Milli Parkda mümkün olacaq.
Simsiz internet İçərişəhər qoruğu və Dövlər Bayrağı Meydanının ərazilərini də əhatə edəcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.