Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi övladlarını necə tərbiyə etməsindən danışıb: “Uşağı dayəyə vermək olmaz. İndi dayələr çox kobuddur. Qızım Əfşan böyüyüb, bacılarm Leyla və Şəhladan başqa, onu heç kimin yanında qoymuram. Başqaları harasa gedəndə uşağı əmi, dayı yanında qoyurlar. Mən heç qızımı nənəsinə də tapşırmıram. Hara gedirəmsə, yanımda olmalıdır. Uşağı böyüdürsən, çox istəyirsən, amma qədərində lazımdır. Tərbiyə daha vacibdir. Mənim qızım telefonla, iPad-la ən çox 1 saat oynaya bilər. Həmin vaxt bitəndən sonra əlinə almağı qadağandır. Gedib dərslərini hazırlamalıdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.