banner
banner

Gündəm

“World Giving Index” reytinqi- xeyriyyə işlərində 122-ciyik

“World Giving Index” reytinqi- xeyriyyə işlərində 122-ciyik
Dünya ölkələrində insanların sədəqə və ianəvermə reytinqi açıqlanıb. “World Giving Index 2016" beynəlxalq reytinqinə görə, dünyada ən çox ianə verən xalq nə qədər təəccüblü olsa da, Myanmar əhalisi olub. Siyahıda sonrakı yerləri dünyanın rifah ölkələri (ABŞ, Yeni Zelandiya və digərləri) tutub. 

Maraqlıdır ki, Azərbaycan siyahıda 122-ci yerdədir. Ermənistandan (138-ci yer) öndə olsaq da, 112-ci yerdə olan Gürcüstandan geri qalırıq. Rusiya isə 129-cu yerdədir. 
Maraqlıdır ki, rusların “səxavət göstəricisi” 2015-ci ildə bir il əvvəlkinə nisbətən 9 faiz artıb. Rusiyalı ekspertlərə görə, bu artımın əsas səbəbi 2015-ci ildə sorğunun keçirildiyi zamanın Ramazan ayına təsadüf etməsi olub. Ramazan ayında rusiyalı müsəlmanlar daha çox yardım ediblər və bu da reytinqdə müsbət nəticə göstərib. 
 
Ümumiyyətlə, xeyriyyə, ianə və yardımlaşma mövzusu Azərbaycanda ənənəvi problemli mövzu hesab olunur. Məsələ ondadır ki, Azərbaycanda xeyriyyəçilik  ənənəsi çox zəifdir. Daha doğrusu, mövcud olan xeyriyyə fəaliyyətləri əsasən gənclərin keçirdiyi kampaniyalar olur ki, bu da yeni təcrübədir.  Çünki uzun illər müsəlman azərbaycanlılar üçün ianə (və ya yardım) nəzir və ya ehsan şəklində olub. Sovet illərində isə formal yardım aksiyalarını çıxmaq şərtilə insanların hansısa xeyriyyə fəaliyyətləri olmayıb. Sadə insanlar isə daha çox ehsan məclisi təşkil etmək və ya pirə, ocağa nəzir verməklə bir növ ianə veriblər. 
 
Qeyd edək ki, müsəlman mədəniyyətində xeyriyyə işləri dini vəzifə olaraq qəbul olunub. Dini vəqflər, xeyriyyə qurumları əsasən dini vergilər xums və zəkat, o cümlədən sədəqə şəklində toplanıb. İlk iki vergi, yəni xums və zəkat dini vergidir, bu vergiləri müsəlmanlar ilin müəyən günlərində (hər insan üçün ayrıca gün ola bilər) toplanır və daha sonra toplanmış bu vəsaitlər xeyir işlərə sərf olunub. Ehtiyaclı insanlara paylanıb, o cümlədən təhsil, səhiyyə (xəstəxana saxlanması kimi - K.R.) və bu kimi fəaliyyətlərə sərf olunub. Bundan başqa, məscidlərin, ziyarətgahların, dini qurumların nəzdində vəqflər fəaliyyət göstərib. Müsəlman dünyasında məktəblər, xəstəxanalar, yetim və qocalar evləri bu cür vəqflər tərəfindən himayə olunub. 
 
Sovetlərdən sonra bu ənənə digər dini fəaliyyətlər kimi qadağan olundu və tədricən unuduldu. Yalnız əhali arasında pirlərə, ocaqlara, seyidlərə nəzir vermək, ehsan süfrələri açmaq kimi xırda yardımlaşma ənənələri qaldı. Əslində insanların pirlərə və ya məscidlərdəki nəzir qutularına pul atmasının əsas səbəbi o pulların Allah yolunda xeyir işlər üçün sərf olunmasıdır. 

Çünki uzun müddət bir xeyriyyə institutu olmadığı üçün insanlar yardım üçün pulları məhz bu cür “müqəddəs məkanlara” əmanət edirdilər. 
 
Çox təəssüf ki, müstəqillikdən sonra bu sahədə azadlıq verilsə də, Azərbaycanda müsəlman mədəniyyətinin əsas atributlarından olan vəqf ənənəsini bərpa etmək mümkün olmadı. Az qala bütün məscidlərdə nəzir qutuları olsa da, bu qutulardan hansısa xeyriyyə işlərinə xərcləmə haqda ictimaiyyətə heç nə məlum olmadı. Bu səbəbdən də əsasən dindar əhali arasında bu cür nəzir qutularına inam yoxdur. 
 
Daha çox məscidlərdə toplanan pullar icmanın üzvləri arasında yardıma ehtiyacı olanlar arasında və ya məscidin ehtiyacları üçün xərclənir. Böyük və şəffaf fəaliyyət göstərən hansısa dini yardım qurumu, vəqflər formalaşmadı. Bəlkə də bu səbəbdən də insanlar daha çox fərdi şəkildə yardımlaşma, bildiyi, tanıdığı insanlar və ya işlərə gizli şəkildə yardım etməyə çalışırlar. Digər tərəfdən, İslam dinində yardımın gizli olması göstərişi olduğu üçün çox insanlar bu işləri gizli edirlər. 
 
Rəsmi və qeyri-rəsmi dini qurumların isə genişmiqyaslı fəaliyyət göstərən vəqfləri mövcud olmadı. Burda azad iqtisadi münasibətlərin formalaşmaması, şəffaf vəqf fəaliyyətlərinin qısqanclıq doğuracağı qorxusu ilə yanaşı, ənənənin itməsi də sözünü deyir. Müsəlman ölkəsi olan Azərbaycanda bir vəqf xəstəxanası və ya qocalar evinin olmaması ürəkağrıdan faktdır. 
 
Digər tərəfdən, ötən əsrin əvvəllərində Bakıda neft bumu ilə ortaya çıxan varlıların formalaşdırdığı xeyriyyə ənənələri də təəssüf ki, müstəqillikdən sonra ortaya çıxmadı. Leqal iş adamlarının sayının azlığı, bir çoxu da xeyriyyə işlərini daha çox yaxın ətrafında etdiyi üçün cəmiyyətdə bu işlər geniş miqyasda ənənəyə çevrilmədi. Yalnız son illərdə gənclər arasında xəstələrin müalicəsi və ya hansısa təhsil və ya uşaq evlərinə yardım məqsədilə kampaniylar keçirilir ki, bu adından göründüyü kimi, kampaniyadır, sistemli bir fəaliyyət deyil... 

cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.