banner
banner

Sosİal

YAP üzvləri direktordan Prezidentə yazdılar

YAP üzvləri direktordan Prezidentə yazdılar

Laçın rayonundan məcburi köçkün,hazırda Ağcabədi rayon Taxtakörpü 552 saylı qəsəbədə məskunlaşmış YAP-ın üzvü Axundov Xalid Umbay oğlu və Laçın rayon Kalafalıq kənd sakini Qasımov Ələsgər Əhliman oğlu tərəfindən prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb.

Mia.az-a daxil olan məktubda bildirilir ki, Prezidentə və aidiyatı üzrə bütün yuxarı dövlət orqanlarına Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi İsmayilov Şakir və Şamkənd kənd uşaq musiqi məktəbinin direktoru Quliyev Səfərin qanunsuz əməlləri barədə sayı məlum olmayan dərəcədə müraciətlər ediblər. Ancaq indiyədək şikayətləri dinlənilməyib.

Şikayətçilər yazırlar ki, ümumiyyətlə, onlar müraciətlərinə Laçın rəhbərliyi tərəfindən baxılmasını da istəmirlər: "Ona görə xahiş edirik, Sizin xüsusi nəzarətinizlə inandığınız nümayəndənizi göndərib, bizim şahidçiliyimizlə araşdırılmasına kömək göstərəsiniz".

Şikayətdə adıçəkilənləri də dinləməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.