banner
banner

Dünya

Ohanyan Sərkisyanı bu cür yıxmağı planlaşdırır

Ohanyan Sərkisyanı bu cür yıxmağı planlaşdırır
Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın partiyasının adı bəlli olub.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. Qəzet yeni partiyanın adının “Üçüncü Respublika” olacağını bildirib.
 
Qeyd edək ki, Üçüncü Respublika Partiyasının yaradıcısı Ermənistan Prezident Administrasiyasının sədr müavini Viktor Dəlləkyandır. O, bir müddət öncə tutduğu vəzifədən imtina edib. Dəlləkyanın bu vəzifədən imtina etməsinə səbəb Seyran Ohanyanın onunla işbirliyinə icazə verməsi olub. Üstəlik, Prezident Serj Sərkisyanla keçmiş müdafiə nazirinin münasibətlərinin pozulması Dəlləkyanın daha qəti addım atmasına səbəb olub. Maraqlı məqam odur ki, partiyaya bütün maliyyə dəstəyi Rusiyadan gələcək. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.