banner
banner

Dünya

İdlibə endirilən hava zərbələri nəticəsində 22 məktəbli ölüb

İdlibə endirilən hava zərbələri nəticəsində 22 məktəbli ölüb
Suriyanın İdlib şəhərinə endirilən hava zərbələri nəticəsində 22 məktəbli, 6 müəllim ölüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in (BMT-nin Uşaq Fondu) icraçı direktoru Entoni Leyk bildirib.
 
“Əldə etdiyimiz məlumata əsasən, İdlib şəhərində yerləşən məktəb bir neçə dəfə  hava hücumuna məruz qalıb. Nəticədə 22 uşaq və 6 müəllim həyatını itirib”, deyə E.Leyk qeyd edib.
 
Hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil. BMT-nin hesablamalarına görə, 2011-ci ildən etibarən Suriyada silahlı qarşıdurma nəticəsində 220 mindən çox insan həlak olub.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.